Riyaziyyat və həndəsə elminin Maqsud Cavadov zirvəsi
A A A
04/13/2018
Oxunma sayısı : 48975

Fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm xadimi, əməkdar müəllim, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, SSRİ dövrünün ən yüksək mükafatı olan “Lenin”, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunmuş, görkəmli şəxsiyyət, ictimai-siyasi xadim, dövrünün canlı ensiklopediyası, dəyərli ziyalımız Maqsud Əlisimran oğlu Cavadov.

 Maqsud Əlisimran oğlu Cavadov 13 aprel 1902-ci ildə Şamaxı qəzasının (hazırda İsmayıllı rayonunun) Basqal qəsəbəsində kəlağayı toxucusu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Basqal məktəbində almış, 1914-1918-ci illərdə isə təhsilini Şəki Gimnaziyasında davam etdirmişdir. 1918-ci ildə doğma kəndinə qayıtmış və 1924-cü illərə qədər kənd soveti müəssisələrində işləmişdir. O, hələ kənd sovetində katib işlədiyi vaxtdan yerli camaatın və ictimai təşkilatların hüsn-rəğbətini qazanmışdır. Bu səbəbdən də yerli təşkilatlar onu ali təhsil almaq üçün Bakıya ezam etmişlər. Maqsud Cavadov 1924-cü ildə Bakıya gəlmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1927-ci ildə bu institutun fizika-riyaziyyat fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1927-ci ildə Pedaqoji İnstitut ilə Azərbaycan Dövlət Universiteti birləşdiyi üçün elmi işlərdə çalışmaq məqsədi ilə Bakıda saxlanılan M. Cavadovun sonrakı fəaliyyəti ADU-nun ali riyaziyyat kafedrası ilə bağlanmışdır. M.Cavadov universitetdə təhsilini davam etdirmiş və 1930-cu ildə Azərbaycan (Bakı) Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. O, 1930-1934-cü illərdə indiki Azərbaycan Dövlət Neft Akademiyasının “Ali riyaziyyat” kafedrasında çalışmışdır. M.Cavadov 1934-cü ildə Azərbaycan (Bakı) Dövlət Universitetinə dəvət olunmuş və dosent vəzifəsində çalışmağa başlamışdır. Maqsud Cavadov 1940-cı ildə “Homometrik sistemlər” adlı namizədlik dissertasiyasını Moskva Dövlət Universitetində, 1957-ci ildə isə Kazan Dövlət Universitetində “Cəbrlər üzərində həndəsələr və onların həqiqi həndəsələrdə tətbiqləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. O, 1938-ci ildən həndəsə kafedrasının müdiri, 1943-1944-cü illərdə fizika-riyaziyyat fakültəsinin dekanı, 1944-1952-ci illərdə isə Universitetin tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdır.

M.Cavadovun Respublikada riyaziyyatın tədrisi metodikasının bir elm kimi inkişafında, həmçinin Azərbaycan dilində tədris ədəbiyyatı yaratmaq sahəsində böyük xidmətləri olmuşdur. O, 30 ildən artıq bir müddətdə Maarif Nazirliyinin Elmi Metodik Şurasının riyaziyyat bölməsinə rəhbərlik etmişdir. O vaxtlar Universitet tələbələri üçün Azərbaycan dilində tədris ədəbiyyatının az olması çətinliklər yaradırdı. Bunu nəzərə alan M.Cavadov Azərbaycan dilində “Həndəsə kursunun əsasları”, “Vektor hesabı”, “Afin və proyektiv çevirmələr”, “Xətti və kvadratik formalar”, “Böyük rus alimi N.İ.Laboçevski”, “Qruplar nəzəriyyəsinin elementləri” və sair kitablar yazıb nəşr etdirmişdir. Rus dilindən analitik həndəsəyə, ali cəbrə, astronomiyaya aid bir çox kitabları Azərbaycan dilinə tərcümə etdirmişdir. M.Cavadovun Azərbaycan dilində çap olun­muş və ali məktəblər üçün tədris vəsaiti olan onlarla kitabı indi də tələbələr tərəfindən maraqla oxunur.

M.Cavadov BDU-da elmi işlər üzrə prorektor, həm də kafedra müdiri işlədiyi dövrdə istedadlı, gənc B.A.Rozenfeldi Bakıya dəvət edir və onun  BDU-da işləməsinə şərait yaradır. B.A.Rozenfeld BDU-da M.Cavadovun təklifi ilə riyaziyyatın tarixi haqqında mühazirələr oxuyur. O vaxtlar SSRİ məkanında, o cümlədən Azərbaycanda Ömər Xəyyamın, Nəsrəddin Tusinin riyaziyyata aid əsərləri haqqında məlumat yox səviyyəsində idi. B.A.Rozenfeld riyaziyyatın tarixinə dair mühazirələrə hazırlaşarkən, ingilis və ərəb dillərindəki mənbələrdən bu Şərq alimləri haqqında məlumatları toplayır və onları rus dilinə tərcümə edərək nəşr etdirir. N.Tusinin ərəb dilində yazılmış Evklidin “Başlanğıclar” əsərinin şərhi, Amerikada ingilis dilində nəşr olunmuş digər bir əsərini də rus dilinə tərcümə edir. Tusinin Marağa rəsədxanasındakı fəaliyyətini rus dilinə çevirməklə yanaşı, onlara şərh yazır. Həmçinin, gənc Azərbaycan riyaziyyatçıları da bu işlərə cəlb edilir. Nəticədə, BDU-da bu işləri davam etdirən, genişləndirən R.Sultanov, N.Abbasov, S.Qasımova, M.Əkbərov kimi alimlər yetişir. Məhz bu tərcümələr sayəsində alimlər Nəsrəddin Tusinin, Ömər Xəyyamın, Əl-Biruninin, Uluqbəyin işləri ilə tanış olurlar. Bununla da astronomiya sahəsində diqqətçəkən irəliləyişlər baş verir. Sonralar o dövr üçün Avropada ən böyük olan Şamaxı Rəsədxanası inşa olunur və orada aktual elmi işlər aparılır. Bütün bu elmi işlərin ilhamçısı Maqsud Cavadov olur. Professor Maqsud Cavadov Azərbaycanın görkəmli riyaziyyatçısı və astronomu Nəsrəddin Tusidən sonra Azərbaycan riyaziyyatı tarixində ikinci həndəsəçi kimi məşhurlaşır. Onun həndəsə sahəsində apardığı 21 elmi tədqiqat işi bunu cəsarətlə deməyə əsas verir. Riyaziyyat elmi sahəsində qiymətli işlərinə və həndəsə sahəsində maraqlı elmi nəticələrinə görə prof. M.Cavadov 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilir.

M.Cavadov respublikanın ictimai-siyasi işlərində də fəal çalışmışdır. O, bir neçə dəfə Bakı şəhəri və rayon Sovetlərinə deputat seçilmişdir. O, 1943-cü ildə Respublikanın Əməkdar Müəllimi, 1962-ci ildə isə respublikanın Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür. M.Cavadov SSRİ dövrünün ən yüksək mükafatı olan “Lenin” ordeni ilə, iki dəfə “Qırmızı Əmək Bayrağı” və “Şərəf Nişanı” ordenləri ilə təltif olunmuşdur.

M.Cavadov 1972-ci ildə 70 yaşında vəfat etmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycanın elm tarixində yaddaşlarda qalan bir şəxsiyyət olmuşdur. Onun xatirəsi elmi ictimaiyyətin, eyni zamanda Azərbaycanda riyaziyyatın inkişafında xüsusi xidmətləri olan neçə-neçə nəslin hafizəsində daim yaşayacaqdır.

İnkişafa Doğru Qadın Təşəbbüsü Ictimai Birliyi

ŞƏRHLƏR

Digər Yazılar
XƏBƏRLƏR
Şura sədri Azay Quliyev QHT-lər üçün ictimai dinləmə keçirəcək - 19 / 11 / 2018 10:32
Aleksandr Aleksandroviç Qritçenko - 19 / 11 / 2018 08:37
Günel Səfərova: “Amerikada insan hüquqları təkcə qanun deyil, həm də bir mədəniyyətdir” - 18 / 11 / 2018 18:55
Layihə çərçivəsində QHT-lər üçün Mühasibat Uçotunun aparılması qaydaları hazırlanıb - 18 / 11 / 2018 12:54
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir - 18 / 11 / 2018 11:44
Mirhəsən Seyidov: "Uğurlu inkişafın istiqamətlərində duran ən əsas insanlardan biri gənclərdir" - 16 / 11 / 2018 19:22
QHT sədri Qazaxıstanda beynəlxalq konfransda iştirak edəcək - 16 / 11 / 2018 12:59
Şuranın elan etdiyi 2019-cu il birinci qrant müsabiqəsi ilə bağlı ARB TV-də müzakirə aparılıb - 16 / 11 / 2018 04:59
QHT Sağlamlıq imkanları məhdud şəxslərlə davranış qaydaları mövzusunda təlimlərinə start verdi - 15 / 11 / 2018 16:08
Şura 2019-cu il üçün 1-ci qrant müsabiqəsini elan edir - 15 / 11 / 2018 13:22
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib - 15 / 11 / 2018 04:00
Murad Məmmədovun həyat dərsi - "Stand up" - 14 / 11 / 2018 18:26
"Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq" – Niyaməddin Orduxanlı - 14 / 11 / 2018 14:39
Sahib Məmmədov: Bizdə xarici fəaliyyət uçun resurs çatmır - 14 / 11 / 2018 14:36
Əliməmməd Nuriyev: Qrantlara ehtiyac var. - 14 / 11 / 2018 14:23
“Azay Quliyevin qaldırdığı məsələ çox aktualdır” - QHT sədrləri də danışdılar - 14 / 11 / 2018 14:15
Şuranın mobil tətbiqetməsi istifadəyə verilib - 14 / 11 / 2018 14:04
Şuranın dəstəyilə təhsil ocaqlarında “Azərbaycanın Milli Qəhrəmanları” adlı foto-guşələr yaradılıb - 14 / 11 / 2018 10:12
MP: Azerbaijani NGOs need financial support - 14 / 11 / 2018 08:15
Азай Kулиев: НПО Азербайджана необходима финансовая поддержка - 14 / 11 / 2018 08:14
Azay Quliyev QHT-lərə dəstəyin artırılmasını təklif etdi - Video - 13 / 11 / 2018 20:56
"Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilib - 13 / 11 / 2018 17:50
General KƏRİM KƏRİMOV fenomeninin sirri - 13 / 11 / 2018 17:48
QHT-nin 20 illik yubileyi münasibətilə təbrik məktubu - 13 / 11 / 2018 12:56
Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib - 13 / 11 / 2018 11:01
QHT-lərin hazırladıqları filmlərin telekanallarda yayımı məsələsi gündəmə gətirilir - 13 / 11 / 2018 09:49
Diabetə birlikdə qalib gələk - 13 / 11 / 2018 06:50
Azerbaijan, Turkey ink MoU on joint activity, cooperation on work with NGOs - 12 / 11 / 2018 19:27
Elməddin Behbud Bilik Fondunda tələbə-jurnalistlərlə görüşüb - 12 / 11 / 2018 19:07
Türkiyədəki 17 min azərbaycanlı tələbənin problemi nazirlə müzakirə edildi - 12 / 11 / 2018 09:26